100 min avro verdiyi falçıdan polisə şikayət etdi - ALMANİYADA

  • Avropa
  • 07 Apr 19:12
  • 737 Oxunma
img
+    -

Almaniyada 40 yaşlı qadından guya üzərində olan lənəti götürmək üçün ayrı-ayrı vaxtlarda 100 min avrodan çox pul alan falçı saxlanılıb. Xeber.de-nin məlumatına görə, 24 yaşlı falçı Bonn şəhər Polis İdarəsi əməkdaşlarının başlatdığı cinayət axtarış əməliyyatının nəticəsində saxlanılıb. Belə ki, 40 yaşlı bir xanım, ayrı-ayrı vaxtlarda falçıya guya üzərində olan lənəti götürmək üçün 100 min avrodan çox pul verməsi və aldanıldığı ilə bağlı polisə müraciət edib. Başlanan əməliyyat-axtarış tədbiri ilə 24 yaşlı falçı çox keçmədən saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, o, bu yaxınlarda Köln şəhərində də ayrı-ayrı şəxslərdən 2500 manata qədər pul alıb. 
Polis falçının qurbanlarının çox olmasından şübhələnir. Saxlanılan falçı barəsində isə, hələlik məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar