Hollandiyada məscid qarşısında İslam əleyhinə aksiya keçirildi - FOTO

Hollandiyanın Utrext şəhərində İslam və miqrantlar əleyhinə olan PEGIDA hərəkatı əsasən əsillilərin getdiyi məscidin qarşısında aksiya keçirib.

AzEuroNews.com xəbər verir ki, özlərini "Qərbin İslamlaşmasına qarşı vətənpərvər avropalılar" adlandıran PEGIDA-nın keçirdiyi mitinqdə İslam əleyhinə film göstərilib və İslama qarşı təhqiramiz söhbətlər aparılıb. Aksiya zamanı məscidin ətrafında zamanı sıx təhlükəsizlik tədbirlərinin görülüb. PEGIDA üzvlərinin təxribatçı açıqlamalarına reaksiya göstərən bəzi sakinlər ilə polis arasında qarşıdurma baş verib. Polis 2 nəfəri saxlayıb.