“ASAN Kommunal”da attestasiya qalmaqalı

 Azərbaycanı dünyaya yeni imicdə tanıdan İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətlərinin artması, xidmət çeşidinin genişlənməsi sevindiricidir. Bütün Azərbyacan hökümətnin “ASAN”laşdırılması da xoş bir arzudur. Amma belə bir gözəl təşəbbüsün üzərinə kölgə salan problemlər də var.

AzEuroNews.com xəbər verir ki, “ASAN kommunal” xidmət mərkəzləri ciddi şəkildə narazılıq yaradır. Vətəndaşlar  “ASAN kommunal” xidmət mərkəzlərində xüsusən “Azəriqaz” pəncərəsi önünüdə saatlarla gözləyir, xidmət ala bilmirlər. Bu növbələr nədən yaranır və problemi “ASAN kommunal” rəhbərliyi görmür?

Gələn məlumatlar onu deməyə əsas verir ki, növbə  yaşanmasında müəyyən mənada “ASAN kommunal”da tapşırıqla işə götürülənlərin də böyük rolu var. 

Tağı Tağızadə Tağı Tağızadə

Yanvarın 13-də “ASAN kommunal” işçilərinin atestasiyası baş tutub. 3 saylı “ASAN” xidmətin imtahan zalında gerçəkləşən imtahandan az sonra “ASAN kommunal” rəhbəri Tağı Tağızadənin adından işçilərə bildirilib ki, nəticələr ləğv olunub. Səbəb haqda işçilərin əksəriyyətinə məlumat verilməyib. Əksəriyyət nəticələrin ləğvindən narazı qalsalar da, Tağı Tağızadə onları dinləməyib. Sonradan belə məlum olub ki, “ASAN kommunal”da adı işçi kimi keçən, hər gün işə gedib-gələn “Həsən ağa”nın qohumları attestasiyadan keçməyiblər. Nəticələr də məhz onların növbəti attestasiyadan keçirilməklə işdə saxlanılması üçün ləğv edilib. Növbəti attestasiya yanvarın 27-nə təyin olunub. Bu da yanvarın 13-də attestasiyadan keçmiş işçilərin haqlı narazılığına səbəb olub.

Attestasiya işçinin bilik, savad səviyyəsinin müəyəyn edilib seçim aparılmasına xidmət edibsə, real nəticələr niyə Tağı Tağızadəni qane etməyib?  Axı “ASAN”da çalışmaq istəyən, bilik, savad səviyyəsi buna imkan verən xeyli gənc kadrlar var. Onların sırasından seçim etmək olmazdımı?

Maraqlıdır ki, “ASAN Kommunal” xidmət mərkəzinin rəhbəri Tağı Tağızadə attestasiyadan keçməyənləri müdafiə etməklə böyük əksəriyyəti dinləmir. İki köməkçisi vasitəsi ilə işçilərlə ünsiyyət quran mərkəz rəhbəri əsasən əmr və göstərişlər verir, gərgin iş rejimində çalışan işçilərin fikirlərini şəxsən dinləməkdən yayınır. Bu məqam da son nəticədə işgüzar mühitin arzu olunan səviyyədən aşağı olmasında rol alır.

“ASAN kommunal”da yaşanan növbə probleminin digər  səbəbi də həmin işçilərdir, hansılar ki, hər gün işə gəlib-gedir, faktiki olaraq isə işləmirlər. Onların öhdəsinə düşən iş yükünü də digər işçilər çəkməli olur. Buna görə də iş əmsalı aşağı düşür, nəticədə növbələr yaranır. Növbə yaranmasında “Azəriqaz”ın gün ərzində yerlərdə həddən artıq sayğacı yeniləməsindən doğur. Belə aydın olur ki, “ASAN kommunal”da gün ərzində maksimum 400 vətəndaşa xidmət göstərilə bilər. Faktiki isə hər gün 600 vətəndaşa xidmət göstərilir. Müraciətlərin sayı isə 800 vətəndaşdan artıq olur. Xidmətin gösətirilməsində “Həsən ağa”nın qohumları işçi olaraq iştirak etmirlər, kənardan müşahidəçi qismində tamaşa edirlər. Attestasiyadan keçməyən həmin tamaşaçı-işçilər hər mənada “ASAN kommunal”da yükə çevriliblər. Onlar 250-300 manat əmək haqqı qarşılığında çalışan həmkarlarına yuxarıdan aşağı baxır, hər fürsətdə işgüzar münasibətləri korlayan hərəkətlərə yol verməkdən sanki həzz alırlar. Kamera nəzarəti ilə real durumu görən Tağı Tağızadə tədbir görmür. Bundan başqa “ASAN kommunal” mərkəzləri “ASAN”da əmək haqqı baxımından da çox geridə qalır. İş həcmi böyük, gərgin olsa da,  əmək haqqı adekvat deyil. Üstəlik işçilərin əmək haqqından hər ay 10 manat kontur pulu, ayda 2 dəfə rayonlara tur təşkilinə görə hər dəfə əmək haqqından 35 manat tutulur. 300 manat əmək haqqının 80 manatı bu məqsədlərə sərf olunur. 220 manatla xidmət əməkdaşı vətəndaşı məmnun edəcək xidmət göstərməlidir. “ASAN” xidmət mərkəzlərində isə 10 manat kontur pulu yığılmır, işçilərin xidməti telefonlarına mərkəz tərəfindən hər ay kontur yüklənir.

“ASAN kommunal”dakı problemlərin tezliklə aradan qaldırılması haqda növbəti yazı yayınlayacağımıza da ümid edirik.