Şirvanda jurnalist narkotiklə tutuldu - Fotolar

“Doğruxeber.com” xəbər portalının redaktoru Şirvanda həbs olunub. Şirvan şəhər Polis Şöbəsindən AzEuroNews.com- a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  əməkdaşlarının keçirdiyi əməliyyatla jurnalist Anar İlhamoğlu (Həsənov) narkotik maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılıb. 

Onun avtomobilinə baxış keçirən zaman oradan kibrit qutularında satış üçün nəzərdə tutulan narkotik maddələr götürülüb. 

Fakt üzrə Şirvan şəhər Polis Şöbəsində Cinayət İşi açılıb, araşdırma aparılır.

Məlumat üçü qeyd edək ki, Anar İlhamoğlu bundan əvvəl də narkotik maddələrin dövriyyəsinə görə bir dəfə həbs edilib. 

Şirvanda bir neçə sahibkar və məmurun yazılı şəkildə Şirvan şəhər Polis Şöbəsinə müraciət etməsindən sonra o, yenidən saxlanılıb. İddia edilir ki, A.İlhamoğlu həmin şəxsləri barələrində rüsvayedici məlumat yayacağı ilə hədələyib və pul tələb edib. Zərərçəkənlər jurnalistin qanunsuz əməlləri ilə bağlı bir neçə dəfə Mətbuat Şurasının (MŞ)  sədri Əflatun Amaşova müraciət etsələr də, bunun bir nəticəsi olmayıb. O, şura sədri və MŞ tərəfindən verilən “Press” gödəkçə ilə çəkdirdiyi fotoları həmin şəxslərə göndərərək onunla yaxşı münasibətlərinin olduğunu və dolayısı ilə şikayətlərinin bir nəticə verməyəcəyini bildirib.

Zərərçəkənlər bundan sonra məcbur olub polisə yazılı ərizə ilə müraciət ediblər.