Bu Avropa ölkəsində 35 min bomba tapılıb

 Belçikanın sahil bölgəsində Birinci Dünya Müharibəsindən qalma çox sayda bomba tapılıb. AzEuroNews.com xəbər verir ki, Belçikanın məşhur qəzetlərindən olan ‘Het Laatste News’-in yaydığı məlumatda qeyd olunur ki, Belçikanın sahil bölgəsində 35 min bombanın olduğu müəyyənləşib. 

Qəzetin xəbərində vurğulanır ki, bu bölgə indiyə kimi ən təhlükəsiz bölgə kimi tanınıb. 

Dəniçilərin sahildən əl bombaları tapması Belçika hökumətini hərəkətə keçirib. Sahil bölgəsində uzun bir təhlükəsizlik dəhlizi yaradılıb. Aparılan araşdırmalar zamanı sahil bölgəsində 35 min bombanın olduğu müəyyən edilib.