Baş nazirdən ŞOK açıqlama: "İŞİD-ə qoşulanlar İsveçə qayıda bilərlər"

 İŞİD terror təşkilatına qoşulanlar İsveçə qayıda bilərlər. AzEuroNews.com xəbər verir ki, bu barədə İsveçin baş naziri Stefan Löfven açıqlama verib. Onun sözlərinə görə, hazırda İŞİD kamplarında 200-dən çox İsveç vətəndaşı var. 

O bildirib ki, İŞİD terror təşkilatına qatılanlar vətəndaşlıqdan çıxarılmayacaqlar. Eyni zamanda onlar öz vətənlərinə dönə bilərlər. 

Baş nazir Löfven İsveçə qayıdan İŞİD üzvlərinə heç bir yardım edilməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, qayıdan şəxslər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfndən dindiriləcəklər. 

“Təbii ki, cinayət işləmiş şəxslər qanun çərçivəsində cəzalarını alacaqlar” deyə baş nazir vurğulayıb.