Almaniyada xanım nazir zibilyığan işlədi - Foto

Almaniyanın ailə naziri Franziska Giffey bir gün zibilyığan işləyib. AzEuroNews.com xəbər verir ki,  Almaniyanın Sosial Demokrat Partiyasından (SPD) olan 40 yaşlı xanım nazir Berlin bələdiyyəsində bir günlük zibilyığan kimi çalışıb.

Xanım naziri zibilyığan geyimində görənlər isə, təəcüblənərək onunla şəkil çəkdiriblər.

Beynəlxalq Qadınlar Günü üçün zibilyığan işləyən xanım nazir  “Qadınlar hər şeyi edə bilir” deyərək diqqəti Almaniyadakı kişi və qadın bərabərliyinə, xanımların ağır işlərdə çalışa biləcəyinə çəkib.

Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb

Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb

Xanım nazirin zibilyığan yerdə çəkilən şəkli Almaniyada dərc edilən nüfuzlu “Bild” qəzetində “Günün Fotosu“ seçilib.