Almaniya deputatlara xərclənən pulu açıqladı

 Almaniyada deputatların sayının 709 olması xərcləri də artırıb. AzEuroNews.com xəbər verir ki, ötən il dövlət büdcəsindən deputatların xərcləmələrinə 7 milyon avrodan çox pul ayrılıb. 

Almaniya Parlamentindən (Bundestaq) verilən məlumata görə, hər ay 709 deputata ümumilikdə 466 min avro ayılıb. Ayrılan vəsair mobil telefonu danışıqları, planşet və ofis kimi ləvazimatlara sərf olunub. 

Bundestaqın məlumatında qeyd olunur ki, keçən il deputatlar ən çox sentyabr (872 min avro) və dekabr (1.5 milyon avro) aylarında pul xərcləyiblər. 

Məlumat üçün bildirək ki, Almaniyada bir deputatın illik 12 min avro əlavə xərcləmək hüququ var. Keçən ilin sentyabr və dekabr aylarında deputatlar tərəfindən Bundestaqa 323 telefon, 274 planşet və 171 notbuk çeki təqdim olunub.