“2396 Azərbaycan vətəndaşı Almaniyada məsuliyyətə cəlb olunub” – VİDEO

  • Avropa
  • 25 Okt 01:16
  • 531 Oxunma
img
+    -

Ötən il Almaniyada qayda pozuntuları və müxtəlif cinayətlərdə şübhəli bilinərək məsuliyyətə cəlb olunan Azərbaycan Respublikası vətəndaşlarının sayı məlum olub. Almaniya Federal Kriminal İdarəsi Xeber.de-nin sorğusuna cavab olaraq bildirib ki, 2020-ci ildə ümumilikdə 2396 Azərbaycan Respublikası vətəndaşı qayda pozuntusu və cinayət hadisələrinə görə polis tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub. Azərbaycan vətəndaşlarından 442 nəfər qəsdən adam yaralama, 325 nəfər yüngül bədən xəsarəti, 132 nəfər şəxsi azadlığa qarşı, 128 nəfər zorla evləndirmə, 345 nəfər oğurluq, 359 nəfər mülkiyyət əleyhinə cinayətlərə görə saxlanılıb. Federal Kriminial İdarənin məlumatında qeyd olunur ki, ötən il Azərbayan vətəndaşlarından 2 nəfər qəsdən sağlamlığa xəsarət, 1 nəfər qəsdən adam öldürmə, 1 nəfər adam ölümünə səbəb, 1 nəfər sifarişlə adam öldürmə, 34 nəfər seksual zorakılıq, 22 nəfər cinsi istismar, 10 nəfər təcavüz, 10 nəfər isə, fiziki xəsarət yetirərək seksual zorakılıq cinayətlərinə görə saxlanılıblar. 
Federal İdarənin məlumatında qeyd olunur ki, ötən il ümumilikdə 1.969.617 şəxs Almaniyada qayda pozuntuları və müxtəlif cinayətlərdə şübhəli bilinərək məsuliyyətə cəlb olunub, onlardan 1.306.418 nəfəri Almaniya Federativ Respublikasının vətəndaşı, 663.199 nəfər isə, başqa ölkə vətəndaşlığı olan, lakin Almaniyada yaşayan əcnəbilərdir.

Oxşar yazılar