Almaniyada 5701 nəfərin qaçqın statusu üçün müraciəti rədd edilib – STATİSTİKA

Mart ayında Almaniyandan sığınacaq istəyənlərin sayı məlum  olub. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF)  AzEuroNews.com-a verilən məlumata görə, keçən ay 12 762 nəfər sığınacaq üçün federal idarəyə müraciət edib.

Bu keçən ilin eyni ayı ilə müqayisədə 140 nəfər (1.1 % ) çoxdur. 

Bu ilin fevral ayı ilə müqayisədə isə, 1559 nəfər (-10 %) azdır. 

 BAMF-ın məlumatında deyilir ki, müraciət edənlərdən yalnız 5371 nəfərə müvəqqəti yaşamaq üçün icazə verilib. 

Ümumi olaraq keçən ay 5701 nəfər  “Dublin proseduru” da daxil olmaqla müxtəlif səbəblərdən ölkədən deportasiya edilib. 

Mart ayında Almaniyadan sığınacaq istəyənlər bu ölkələrin vətəndaşları olublar:

    Yanvar 2019 Fevral 2019 Mart 2019
  Müraciət edənlərin ümumi sayı 17 051 14 321 12 762
1. Suriya 3647 3222 2933
2. Nigeriya 1248 1388 1287
3. İraq 1498 1307 1027
4. Əfqanıstan 896 698 861
5. İran 1006 737 667
6. Türkiyə 944 805 655
7. Naməlum 392 366 358
8. Gürcüstan 534 399 351
9. Rusiya 441 320 350
10. Eritreya 273 262 299