Dünyada nə qədər azərbaycanlı yaşayır? – SİYAHI

Təqribi sayı 50 milyon göstərilən dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda mühacirətdə yaşayır və Azərbaycan diasporunu təşkil edir. AzEuroNews.com xəbər verir ki, dünyanın 5 qitəsində yaşayan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktual olması azərbaycanlıların yayılma coğrafiyasının aydınlaşdırılması və soydaşlarımızın sayının dəqiqləşdirilməsi məsələsini gündəmdə saxlayır.

Bu istaiqmətdə konkret statistik göstəricilərin olmamamsı obyektiv reallıqdan irəli gəlir. XX əsrin əvvəllərinə qədər qonşu Rusiyaya köçən azərbaycanlılar “tatar”, Türkiyəyə köçənlər isə “Azərbaycan türkü” kimi qəbul olunur və qeydə alınırdı. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın “İran təəbəsi” kimi dərki prosesi gedirdi.

Bu vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə gətirib çıxarmışdı. Belə şəraitdə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşirdilər.

Lakin bu cür ciddi problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini qoryub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməməyə çalışıblar. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da elə bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşıblar. Onların sayı Birləşmiş Ştatlarda 800 min nəfər – bir milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 min nəfərə çatır. Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşıblar. Lakin hələlik onların sayı barədə dəqiq məlumatlar yoxdur.

Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İran ərazisindən gələn soydaşlarımızdır. 1970-ci ildən başlayaraq Turkiyədəki soydaşlarımızın, 1991-ci ildən etibarən isə Azərbaycandan bu qitəyə axını oradakı diasporumuzun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərində azərbaycanlıların sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusda, Almaniyada, Böyük Britayinyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtilayada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasındadır.

Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada məskunlaşan soydaşlarımızın əksəriyyəti Türkiyədən gəlmiş azərbaycanlılardır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımızın əksəriyyəti isə Şimali Azərbaycan mənşəlidir.

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb. Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların sayı Misir və Əlcəzairdə yüzminlərlə, Sudanda 17 min nəfərdir. Ümumilikdə, son zamanlar Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları faktı ortaya çıxıb.

Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var.

Dünyanın müxtəlif ölkələrində azərbaycanlıların sayı aşağıda göstərilən cədvəldə əks etdirilir (təxmini hesablamalara görə):

Sıra № Ölkənin adı Azərbaycanlıların sayı (nəfərlə)
1. ABŞ 1.000.000
2. Albaniya Respublikası 12.000
3. Almaniya Federativ Respublikası 300.000
4. Avstraliya İttifaqı 8.000
5. Avstriya Respublikası 19.000
6. Argentina Respublikası 12.000
7. Banqladeş Xalq Respublikası 170.000
8. Belçika Krallığı 13.000
9. Belarus Respublikası 6.600
10. Birləşmiş Ərəb Əmirlikləri 55.000
11. Birma 7.600
12. Bolqarıstan Respublikası 64.400
13. Böyük Britaniya 70.000
14. Braziliya Federativ Respublikası 74.000
15. Butan Krallığı 1.500
16. Çexiya Respublikası 2.000
17. Çin Xalq Respublikası 30.000
18. Danimarka Krallığı 56.000
19. Estoniya Respublikası 1.800
20. Əfqanıstan 430.000
21. Əlcəzair Xalq Demokratik Respublikası 260.000
22. Finlandiya Respublikası 11.600
23. Fransa Respublikası 70.000
24. Gürcüstan Respublikası 600.000
25. Hindistan Respublikası 300.000
26. İndoneziya Respublikası 44.600
27. İordaniya Haşimi Krallığı 410.000
28. İraq Respublikası 800.000
29. İran İslam Respublikası 30.000.000
30. İrlandiya Respublikası 4.000
31. İspaniya Dövləti 14.000
32. İsveç Federasiyası 20.000
33. İsveçrə Konfederasiyası 15.000
34. İtaliya Respublikası 30.000
35. Kanada Respublikası 174.000
36. Küveyt Dövləti 18.000
37. Qazaxıstan Respublikası 90.000
38. Qırğızıstan Respublikası 16.000
39. Latviya Respublikası 1.700
40. Litva Respublikası 1.500
41. Macarıstan Respublikası 26.000
42. Malta Respublikası 2.500
43. Meksika Birləşmiş Ştatları 26.000
44. Misir Ərəb Respublikası 850.000
45. Moldova Respublikası 5.000
46. Monqolustan Respublikası 4.800
47. Niderland Krallığı 20.000
48. Norveç Krallığı 50.000
49. Oman Sultanlığı 19.000
50. Özbəkistan Respublikası 60.000
51. Pakistan İslam Respublikası 350.000
52. Polşa Respublikası 10.000
53. Portuqaliya Respublikası 8.000
54. Rumıniya Respublikası 44.000
55. Rusiya Federasiyası 2.000.000
56. Səudiyyə Ərəbistanı 40.000
57. Slovakiya 2.000
58. Sudan Demokratik Respublikası 17.000
59. Suriya Ərəb Respublikası 92.500
60. Tacikistan Respublikası 13.400
61. Türkiyə Cümhuriyyəti 3.000.000
62. Türkmənistan Respublikası 33.300
63. Ukrayna Respublikası 500.000
64. Yaponiya 10.000
65. Yeni Zelandiya 2.000
66. Yəmən Demokratik Respublikası 26.000
67. Yəmən Ərəb Respublikası 32.000
68. Yuqoslaviya 5.900
69. Yunanıstan Respublikası 12.400