“Savaşdan qalib çıxmaq üçün…”- Hitler sonuncu teleqramında nə yazmışdı?

Nasional Sosialist Alman Fəhlə Partiyasının (NSDFP)  lideri Adolf Hitlerin orduda xidmət edən generallardan birinə göndərdiyi sonuncu teleqram auksiona çıxarılacaq. AzEuroNews.com xəbər verir ki, teleqramın 60-80 min avro arasında alınması proqnozlaşdırılır. 

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yerləşən Aleksandr Tarixi Auksionlar Evində satışa çıxarılacaq teleqramı Adolf Hitler ölümündən 6 gün öncə, 24 aprel 1945-ci ildə general Ferdinand Şernerə yazıb. 

Hitler sonuncu teleqramında nə yazıb?

Bu A.Hitlerin sonuncu teleqramı olduğu üçün qiymətlidir. NSDFP lideri tərəfindən general Şernerə yazılan teleqramda deyilir: “Berlinin taleyini müəyyən edəcək savaşda burda qalacağam və bu davranışın hər kəsə örnək olmasını istəyirəm. Bu hərəkkətimlə Berlinə daha fayda verəcəyimi düşünürəm. Savaşdan qalib çıxmaq üçün hər kəs əlindən gələni etməlidir. Siz də şimal bölgəsində irəliləməyi erkən başladaraq yardım edə bilərsiniz”.


Foto © arti49.com

Hitler general Şernerdən bu teleqrama cavab alıb. 

“Mühasirədə olan Berlini buraxın və ordan gedin” deyə general Hitlerə yazıb. 

Məlumat üçün qeyd edək ki, Adolf Hitler və həyat yoldaşı Eva Braun 30 aprel 1945-ci ildə intihar edib. General Ferdinand Şerner isə 1973-cü ildə Münhendə vəfat edib.