Kəlbəcərin icra başçısı 220 minlik ”Mercedes” almaq istəyir – FOTO

 Kəlbəcər rayon İcra Hakimiyyəti “Mercedes-Benz” “S350” model minik avtomobili almağa hazırlaşır. AzEuroNews.com xəbər verir ki, bu barədə sabiq deputat Nazim Bəydəmirli “Facebook“sosial şəbəkəsində məlumat yayıb.  Sabiq deputatın sözlərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyəti bu barədə rəsmi qəzetlərdə tender elanı da verib. Xəbər sosial şəbəkələrdə ciddi tənqid olunaraq birmənalı qarşılanmayıb.

Məlumat üçün bildirək ki, “Mercedes-Benz” “S350” modelinin satış qiyməti 220 min manatdan başlayır.

Kəlbəcərin icra başçısı 2013-cü ildən Aqil Məmmədovdur.