3 alman deputat karantinə alındı

  • Avropa
  • 13 Mar 01:17
  • 151 Oxunma
img
+    -

Almaniyada koronaviruslu şəxslə birlikdə 10 gün əvvəl bir tədbirə qatılan Sosial Demokrat Partiyası (SPD) Federal Məclisinin millət vəkilləri Karl Lauterbach, Eva Högel və Johannes Fechner evlərində karantinə alınıblar. Xeber.de-nin məlumatına görə, koronavirus nəticəsində ölənlərin sayının 4-ə yüksəldiyi Almaniyada pandemiyanın qarşısını almaq üçün yeni tədbirlər görülür. Heinsberg bələdiyyəsinin verdiyi açıqlamada Übach-Palenberg qəsəbəsində xəstəxanaya qaldırılan 73 yaşındakı şəxsin koronavirusdan öldüyü bildirilib.

Mindən çox iştirakçısı olan kütləvi tədbirləri təxirə salan federal əyalətlər sırasına Berlin, Saksoniya və Hamburq da əlavə edilib.

Almaniya Müdafiə Nazirliyi də orduda olan 9 əsgərdə koronavirusun aşkarlandığını açıqlayıb. Açıqlamada Hərbi Hava Qüvvələri komandiri Alfons Mais də daxil olmaqla 45 hərbçinin virus şübhəsi ilə evlərində karantində saxlanıldığı bildirilib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar