Ötən il 404 əcnəbi Azərbaycana gələrək qaçqın statusu üçün müraciət edib. Xeber.de-nin məlumatına görə, bunu Azərbaycan Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.
Dövlət Miqrasiya Xidmətinin 2019-cu il ərzində fəaliyyəti ilə bağlı hesabat təqdim etdilib, jurnalistlərin sualları cavablandırılıb. Hesabatdan bir sıra statistik məlumatları təqdim edirik:
- Əcnəbilərin ölkə ərazisinə girişlərinin sayı- 3.170.321 (11.4% artma);
- Əcnəbilərin ölkə ərazisindən çıxışlarının sayı- 3.159.051 (11.1% artma);
- 01.01.2020-ci il tarixə ölkədə qanuni əsaslarla olan və yaşayanlar- 232.692 nəfər (12% artma);
- Müvəqqəti olma müddəti uzadılanlar- 503 nəfər (21% artma);
- Müvəqqəti yaşama icazəsi alanlar- 45193 nəfər (10% artma);
- Daimi yaşama icazəsi alanlar- 2041 nəfər (37% azalma);
- Verilmiş iş icazələrinin sayı- 6680 (8% artma);
- Vətəndaşlığa qəbul və bərpa olunanlar- 492 nəfər (64% artma);
- Vətəndaşlığa mənsubiyyəti tanınanlar- 27306 nəfər (9% artma);
- Readmissiya olunanlar- 457 nəfər (1.5% azalma);
- Olduğu yer üzrə qeydiyyata alınanlar- 680794 nəfər (8% azalma);
- Qaçqın statusu almaq üçün müraciət edənlər- 404 nəfər (7% artma);
- Miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayı- 14834 (23% azalma);
- Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə
yerləşdirilənlər- 1237 nəfər (30% azalma);
- Vətəndaş müraciətlərinin sayı- 12029 (16% azalma);
- Çağrı mərkəzinə daxil olan zənglərin sayı- 110268 (6% artma).
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!