42 mühacir Azərbaycana deportasiya olunub - VİDEO

  • Avropa
  • 16 Fev 14:51
  • 345 Oxunma
img
+    -

Avropa ölkələrindən 42 mühacir Azərbaycana deportasiya olunub. Onların 39 nəfəri Almaniyadan, 3-ü Avstriyadan olub. Bu barədə Dövlət Miqrasiya Xidməti fevralın 16-da məlumat yayıb.
Bildirilib ki, mühacirlərin ölkəyə qaytarılması prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.
Pandemiya ilə əlaqədar deportasiya edilənlər Bakıdadkı “Atletlər kəndində” karantin altına alınıblar. 
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Məlumat üçün bildirək ki, sonuncu dəfə Almaniyadan Azərbaycana ötən ilin noyabrın 26-da 43 nəfər deportasiya edilmişdi.

Oxşar yazılar