44 günlük müharibə: Azərbaycan və Ermənistanın itkilərinin nisbəti – MONİTORİNQ

img
+    -

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun araşdırmalarına görə, 44 günlük müharibənin gedişində Azərbaycan və Ermənistan ümumilikdə 60 min hərbçini döyüş meydanına çıxarıblar. Bu ümumi tərəflərin ümumi hərbi heyətlərinin təxminən 25 faizini təşkil edib. Belə ki, müharibənin başlanma anına qədər tərəflərin üst-üstə 240 min nəfərə yaxın hərbi heyəti olub. Müharibənin yekununa görə, tərəflərin itkiləri (həlak olanlar, yaralılar, xəsarət alanlar) ümumilikdə 21 min nəfər təşkil edib və bu da döyüşdə aktiv iştirak edən şəxsi heyətin (60 min) təxminən 35 faizinin sıradan çıxması deməkdir.

AZƏRBAYCAN

Azərbaycan Silahlı Qüvələrinin (MN, DQ, DSX və digər hərbi birləşmələr) ümumilikdə 150-180 minlik şəxsi heyətindən təxminən 20 faizi (30-36 min) aktiv olaraq döyüşlərə cəlb olunub. Onların təxminən 10 faizi (3 minə yaxın) şəhid olub. Beləliklə, ümumilikdə, 44 günlük müharibənin gedişində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru ümumi şəxsi heyətinin təxminən 1,8-2 faizini itirib (şəhid olanlar). Yaralıların, xəsarət alanların ümumi sayı isə qeyri-rəsmi məlumatlara görə, 4 min nəfərdən artıqdır. Beləliklə, şəhidlər, yaralılar və xəsarət alanların ümumi sayı (təxminən 7 min) SQ və digər hərbi birləşmələrdə təmsil olunan şəxsi heyətin ümumi sayının (150-180 min) təxminən 3,8-4 faizini təşkil edir. Bu, göstərici aktiv döyüşlərə cəlb olunan heyətin (30-36 min) təxminən 20-22 faizini təşkil edir. Sadə dillə, Azərbaycan Silahlı Qüvvələrinin döyüşən hər 5 əsgərindən 1-i ya şəhid olub, ya da yaralanıb.

ERMƏNİSTAN

Ermənistanda hərbi birləşmələrin (Qarabağdakı separatçılarla birgə) şəxsi heyətinin (ümumi sayı təxminən 60 min nəfər) təxminən 50 faizi (30 min nəfər) döyüşlərə cəlb olunub, rəsmi məlumatlara görə, onların təxminən 10 faizi (3 min nəfər) həlak olub. Qeyri-rəsmi məlumatlara görə, dünyasını dəyişənlərin sayı 6 min nəfərdən (belədirsə, aktiv döyüşçülərin 20 faizi) artıqdır. Yaralanan və xəsarət alanların ümumi sayının isə 8 min nəfərdən artıq olduğu deyilir.
Beləliklə, Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatlarına görə, Ermənistan son döyüşdə SQ ümumi şəxsi heyətinin (60 min) təxminən 5 faizini (həlak olanlarla bağlı rəsmi rəqəmlərə görə) itirib. Qeyri-rəsmi rəqəmlərə görə, dünyasını dəyişənlərin ümumi sayı yaralılar və xəsarət alanlarla birlikdə (14 min nəfər) Silahlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyətinin ümumi sayının (60 min) təxminən 23 faizdən artığını təşkil edir. Bu, həm də o deməkdir ki, erməni tərəfi aktiv olaraq döyüşə cəlb olunanların (30 min) təxminən 47 faizini (14 min) itirib. Sadə dillə, döyüşən hər iki əsgərdən biri həlak olub, ya da yaralanıb.

Mənbə © Xəzər Hərbi Tədqiqatlar İnstitutu

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar