4899 nəfər Almaniyadan sığınacaq istəyib

  • Avropa
  • 01 Avq 02:54
  • 238 Oxunma
img
+    -

Dünyanı cənginə alan koronavirus (Covid-19) pandemiyasına baxmayaraq Almaniyaya 4899 nəfər sığınacaq üçün müraciət edib. Xeber.de – nin məlumatına görə, Almaniyan Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə iyun ayı üçün yaydığı hesabatda qeyd edib ki, sığınacaq müraciətlərinin sayı əvvəlki ilin eyni ayına nisbətən 42,2 % azalıb. Əvvəlki ayla müqayisədə sığınacaq müraciətlərinin sayı isə, 26,8 % artıb.

Cenevrə Qaçqınlar Konvensiyasına uyğun olaraq 3 815 nəfər qaçqın statusunu (bütün sığınacaq qərarlarının 26,7 faizi), 1866 nəfər (13,1 faiz) köməkçi müdafiə və 588 nəfər (4,1 faiz) deportasiyadan qorunmaqla bağlı status əldə edib. 

5 159 nəfərin (36.1 faiz) sığınacaq müraciəti rədd edilib. 2 869 nəfərin işi  (20.1 faiz)  “Dublin anlaşması” nın tələblərinə əsasən baxılması üçün vizalarının olduğu ölkələrə göndərilib. 

©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar