60 min alman hər gün İsveçrəyə gedib-gəlir

  • Avropa
  • 04 Mar 02:41
  • 187 Oxunma
img
+    -

İsveçrə Avropada kirayə ev qiymətlərinin ən yüksək olduğu ölkələrdən biridir. Xeber.de-nin məlumatına görə, xüsusilə Cenevrədə kirayə evlər olduqca bahadır. İş yeri İsveçrədə olan, lakin yaxın ölkələrdə yaşayan 329 min insan hər gün iş üçün bu ölkəyə gəlir. İsveçrəyə ən çox giriş-çıxış edənlər Fransadan gələnlərdir.

İsveçrə Statistika İdarəsinin açıqladığı məlumatlara görə, 2019-cu ilin üçüncü rübündə hər gün təxminən 330 min insan işlə bağlı ölkəyə giriş-çıxış edib. Onlar  İsveçrədə mütəmadi işləyən insanlar olublar. 

329 min insanın yarısından çoxu Fransa vətəndaşıdır. Hər gün səyahət edən fransızların sayı 180 minə yaxındır. İkinci yerdə təxminən 80 min italyan var. Almaniya vətəndaşlarının sayı 60 minə yaxındır.

Bu insanlar İsveçrədə Avropa Birliyi (AB) ilə imzalanan sərbəst hərəkət müqaviləsi çərçivəsində işləyirlər. Əcnəbilər İsveçrədə əsasən istehsal, otel və pərakəndə satış sektorlarında çalışırlar.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar