604 mühacir könüllü olaraq Avropadan Azərbaycana qayıdıb - VİDEO

  • Avropa
  • 12 Avq 04:04
  • 544 Oxunma
img
+    -

2021-ci ilin birinci yarısında 604 mühacir könüllü olaraq Avropadan Azərbaycana qayıdıb. Bu barədə “Xeber.de”yə Beynəlxalq Miqrasiya təşkilatının (BMqT) Azərbaycan nümayəndliyindən məlumat veriblər. Məlumatda deyilir ki, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatıdırılıb. Belə ki, 2021-ci ilin birinci yarısı ərzində könüllü olaraq mənşə ölkəsinə qayıdan 397 nəfərə reinteqrasiya yardımı, 207 nəfərə isə məsləhət xidməti göstərilib. Reinteqrasiya yardımı göstərilən 192 nəfərə nağd və 205 nəfərə qeyri-nağd şəkildə yardım olunub. Qeyri-nağd şəkildə yardım çərçivəsində 34 şəxsə müvəqqəti mənzil təminatı, 51 şəxsə kiçik biznesin qurulması, 113 şəxsə ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları, 6 şəxsə tibbi, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

Məlumat üçün bildirək ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımı göstərir.

Oxşar yazılar