AB hər qaçqına görə 10 min avro ödəyəcək

img
+    -

Avropa Birliyi (AB) qaçqınlarla bağlı problemləri həll etməyə çalışır. Xeber.de-nin məlumatına görə, 2015-ci ildə Avropa İttifaqı Komissiyası miqrasiya böhranının başında olan İtaliya və Yunanıstana yükü azaltmaq üçün məcburi kvota sistemi ilə 160 min qaçqının yerləşdirilməsi barədə qərar qəbul etdi. Bu qərara əsasən Çexiya, Macarıstan və Polşa kimi ölkələr qaçqın qəbul etməkdən imtina etdi, üzv ölkələrdə məskunlaşan qaçqınların sayı isə 65 min olaraq qaldı.

Ötən gün İsveçrədəki Qlobal Qaçqınlar Forumunda bu vəziyyətin həlli məsələləri müzakirə edilib. Bəyanatda deyilir ki, 2020-ci ilə qədər üzv ölkələrdə 30 min qaçqının yerləşdirilməsi hədəflənir. Qaçqınların yerləşdirilməsini qəbul edən üzv ölkələrə maliyyə dəstəyi veriləcəyini ifadə edilən şərhdə, AB üzvü ölkələrə məskunlaşmalar üçün Türkiyə, Livan və İordaniyaya üstünlük veriləcəyi qeyd olunub. 

Üzv dövlətlər tərəfindən məskunlaşan hər bir qaçqın üçün Aİ büdcəsi müvafiq ölkəyə 10 min avro köçürəcək. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!