ABŞ-da dövlətə 7.4 milyon dollar ziyan vuran azərbaycanlılar saxlanılıblar

img
+    -

Amerika Birləşmiş Ştatlarında (ABŞ) dövlətə 7.4 milyon dollar ziyan vuran azərbaycanlılar polisin keçirdiyi xüsusi əməliyyatla saxlanılıblar. Xeber.de-nin ABŞ mətbuatına istinadən verdiyi məlumata görə, Ohayo ştatında yaşayan Aydın Kələntərli və Günay Kələntərova cütlüyü ailə üzvləri Zaur Kələntərli, Nigar Kələntərli, Əli Kələntərli, Kandy Rodriguez adlı ABŞ vətəndaşı ilə əlbir olaraq, saxta sənədlər tərtib edərək dövlətdən 7.4 milyon dollar korona yardımı alıblar. İstintaqla müəyyən edilib ki, cinayətkar qrup Ohayo ştatında 72 evi fermer təsərrüfat ünvanı kimi saxta sənədlərlə qeydiyyata salıblar. 
Federal Təhqiqat Bürosu tərəfindən axtarılan cinayətkar qrupun üzvləri saxlanılıblar. Aydın Kələntərov və Günay Kələntərli qaçıb Kaliforniyada gizlənmək istəyərkən, xüsusi əməliyyatla saxlanılıb, istintaqa təhvil verilib.
Faktla bağlı Ohayo Prokurorluğu tərəfindən araşdırma davam etdirilir. 

Mənbə © news5cleveland.com

Foto : Neytral ( pexels.com )

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar