Aldığınız dərmanın pulu geri ödənilir - Almaniyada

img
+    -

İtalyada 51 həkimin koronavirus pandemiyası (Covid-19) virusundan ölməsi faktından sonra Almaniyada da 6 martdan etibarən bəzi poliklinikalar (praxis) tətilə çıxdı, 9 martdan sonrakı bütün həkim qəbulları isə ləğv edildi. Xeber.de-nin məlumatına görə, bu ərəfədə məktəblər və iş yerlərində hələ karantin elan edilməmişdi, yoluxma faktı isə cəmi 534 idi. 

Hal-hazırda 115 mindən çox yoluxma faktı qeydə alınan Almaniyada həkimlə əlaqə saxlayıb, resept əldə edə bilməyən insanlara bəzi dərmanların dəyəri sonradan geri ödənilir. Bu siyahıya qızdırma salıcı dərmanlar, bəzi vitaminlər və əvvəllər həkim tərəfindən təyin edilən bəzi dərmanlar (antibiotiklər istisna olmaqla) aiddir.

Prosedur olduqca sadədir. Resepti və ödəniş qəbzini təqdim etməklə ödədiyiniz məbləği istənilən vaxt aptekdən geri almaq mümkündür.

Bundan başqa, yaşadığınız ərazi üzrə 24 saat işləyən aptek barədə məlumatı n.aponet.de saytından əldə etmək mümkündür.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar