Alman məhkəməsindən “Gecə basqını” qərarı

  • Avropa
  • 05 İyn 14:16
  • 1572 Oxunma
img
+    -

Almaniyada deportasiya ediləcək şəxslərin gecəyarısı evlərindən çıxarılmasının qadağan edilməsi ilə bağlı qərar verilib. “Xeber.de”-nin məlumatına görə, Düsseldorf İnzibati Məhkəməsi polisin bəzi istisnalar xaric, deportasiya edilənlərin gecə yarısı evlərindən çıxarılmasının qanunsuz olduğu ilə bağlı qərar qəbul edib.
Qərarda deyilir ki, saat 21.00 ilə 06.00 arasında polislər istisnalar xaricində deportasiya üçün evlərə basqın edə bilməz. Deportasiya prosesi yalnız gündüz saatlarında həyata keçirilməlidir. Gecə saatlarında insanlar istirahət edir və bu onların istirahət hüquqlarının kobudcasına pozulması deməkdir.  
Məhkəmə sözügedən qərarı polisin Duisburq Miqrasiya Xidmətinin təlimatı əsasında deportasiya prosesi üçün saat 04:30-da bir evə basqın etməsindən sonra verib. 
Məhkəmə qərarında basqın vaxtının "yatma vaxtı" olaraq qəbul edildiyini bildirib.
Düsseldorf məhkəməsi qərarında bildirib ki, Duisburq Miqrasiya Xidməti gecə saatlarında deportasiyanı həyata keçirməsini həmin şəxslərin polisə müqavimət göstərə biləcəyi ilə əsaslandırıb. Həmin işdə isə, deportasiya edilən şəxslərin polisə və miqrasiya işçilərinə heç bir fiziki müqavimət göstərmədiyi sübut olunub.                                                                 
Məhkəmə miqrasiya idarələrinin deportasiya prosesini təşkil edərkən bu məsələləri nəzərə almalı olduğunu vurğulayıb. Duisburq Miqrasiya Xidməti qərardan apellyasiya şikayəti vermək hüququna malikdir.
 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar