Alman polisi bir aydan çoxdur gizlənən azərbaycanlını tutdu - VİDEO

  • Avropa
  • 24 İyl 15:08
  • 101 Oxunma
img
+    -

Almaniyada bir aydan çoxdur axtarışda olan azərbaycanlı Elçin Ağayev ötən gün xüsusi təyinatlı polis qüvvələrinin əməliyyatı ilə saxlanılıb. Almaniya Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, son bir neçə gündə polis 36 yaşlı Elçin Ağayevin izinə düşüb. Bundan əvvəl isə, Polşa polisi məlumatlandırılıb. E.Ağayev sərhədə yaxın bir qəsəbədə Xüsusi Əməliyyat Qrupunun əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, bu ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azərbaycanlı Elçin Ağayev qısqanclıq zəmnində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki uşaqla Almaniyaya gəlibmiş. Onlar Andrej və Nadine adlı cütlüyün evində qonaq kimi qalırmışlar. Alman Bild qəzetinin iddiasına görə, Elçin Ağayev ayrıldığı keçmiş sevgilisi Olqanı Andreylə bir yataqda tutub. E.Ağayevin bu gün Kalettal şəhər məhkəməsinə çıxarılması gözlənilir.

Xeber.de

 

Oxşar yazılar