Almaniya 100 ilin ən böyük fəlakəti ilə üz-üzə qalıb - VİDEO

  • Avropa
  • 17 İyl 03:46
  • 121 Oxunma
img
+    -

Almaniyada sel fəlakəti nəticəsində ölənlərin sayı 90-ı keçib. Xeber.de-nin məlumatına görə, Almaniya Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, 1500-dən çox şəxsin itkin düşməsi ilə bağlı çağrı mərkəzinə məlumat daxil olub. Artıq Şimali Reyn Vestfaliya, Saksoniya və Reynland-Pfalts əyalətində böyük dağıntılara səbəb olan sel fəlakətinin nəticələrinin hesablanmasına başlanılıb. 
Bir çox şəhərdə evlərinin eyvanında kömək gözləyən insanlar xilas edilərək yaxınlıqdakı sığınacaqlara yerləşdiriliblər. Sözügedən əyalətlərdə dəmir yolları sıradan çıxdığından, bütün qatar reysləri təxirə salınıb. Xilasetmə və selin nəticələrinin aradan qaldırılması işinə Almaniya Ordusunun mindən çox şəxsi heyyəti və texnikası cəlb edilib. 
Ərazilərdə xidmət edən təcili yardım, yanğınsöndürən və polis briqdalarının sayı iki qatına çıxarılıb. Xilasetmə işlərinə Almaniya Buntestaqının deputatları da qatılıblar. 
Şimali Reyn Vestfaliya əyalətinin hava xidmətindən bildirilib ki, kvadratmetrə düşən yağıntının miqdarı 200-ün üzərində təşkil edib.  Belə vəziyyət ölkədə son 200 ildə müşahidə edilməyib. 
Məlumat üçün bildirək ki, iyulun 12-dən fasiləsiz yağan leysan yağışlar Almaniyanın qərb və cənub-qərb bölgələrində daşqınlara səbəb olub. Ölkənin üç böyük əyalətində fövqəladə vəziyyət elan edilib. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar