Almaniya 353 Azərbaycan vətəndaşının sığınacaq müraciətini rədd edib - VİDEO

  • Avropa
  • 18 Sen 01:38
  • 152 Oxunma
img
+    -

Almaniya Federativ Respublikası bu ilin son 8 ayı ərzində 353 Azərbaycan Respublikası vətəndaşının sığınacaq müraciətinə rədd cavabı verib. Bu barədə Azərbaycanın “Report” informasiya agentliyi Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) məlumat əldə edib.
Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşlarının son 8 ayda daxil olan müraciətlərinin sayı 636-dır. Onlardan yalnız biri sığınacaq hüququ olan şəxs kimi tanınıb. 24 nəfərə qaçqın, 13 nəfərə köməkçi qoruma statusu verilib. 6 nəfərin ölkədən deportasiyası qadağan olunub. 8 ay ərzində işinə baxılanlardan yalınız 6.9 %-i ümumi müdafiə dərəcəsinə daxil olub. 239 Azərbaycan Respublikası vətəndaşının müraciətinə “işin digər qaydada aparılması” qərarı verilib. 
Məlumat üçün bildirək ki, sentyabrın 14-ü 26 azərbaycanlı Almaniyadan deportasiya edilib. Təyyarə axşam saatlarında Bakıya enib və deportasiya edilən vətəndaşlarımız "Atletlər kənd"inə aparılıblar. 

Oxşar yazılar