Almaniya Azərbaycan şirkətlərinin layihələrini maliyyələşdirəcək

img
+    -

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.

Bu barədə "Report"a Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Azərbaycandakı səfirliyi bu dəstək proqramı ilə maraqlanan şirkətlərimizi sentyabrın 30-dək "COVID-19 Response" başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir. Müvafiq layihələr 200 min avroyadək maliyyələşdirilə bilər.

Proqram alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:

  • illik dövriyyəsi ən azı 400 min avro olan;
  • iki əməliyyat-maliyyə ilinin qeydləri olan;
  • Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və sair.

Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/

İştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar