Almaniya azərbaycanlı ailə üçün birləşdi 

  • Avropa
  • 17 Mar 11:12
  • 762 Oxunma
img
+    -

Almaniyada azərbaycanlı Kərimli ailəsinin ölkədən deportasiya edilməməsi üçün kampaniya başladılıb. Xeber.de-nin məlumatına görə, buna səbəb Almaniya məhkəməsinin azərbaycanlı ailə haqqında deportasiya qərarı verməsi olub. Belə ki, Azərbaycanın əslən Dağlıq Qarabağ bölgəsindən olan Kərimli ailəsi barəsində Bavariya əyalətində yeləşən Bamberq şəhər İdarə məhkəməsi deportasiya qərarı çıxarıb. 

Kərimli ailəsi 4 il əvvəl Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Ailənin 11 yaşlı üzvü Fatimə və 10 yaşlı Fərid Bamberqdəki məktəbdə təhsil alırlar. Onlar dərslərində həmişə yüksək nəticələr göstəriblər. Kərimli ailəsi də, alman cəmiyyətinə çox gözəl inteqrasiya olunub. 

Fərid Kərimli skolioz (onurğa sütünün əyriliyi), anası Lətifə Kərimli isə, ekinokokkoz xəstəliyindən əziyət çəkir. L.Kərimli Almaniyada bir dəfə cərrahi əməliyyat olunub. Lakin, məhkəmə bütün bunları nəzərə almayıb və deportasiya qərarının üzərində durub. 

Artıq ailəni tanıyanlar deportasiya qərarına etiraz olaraq Bamberq Əcnəbilərlə iş üzrə Federal İdarə və Bavariya Daxili İşlər Nazirliyinə təqdim etmək üçün imzatoplama kampaniyasına başlayıblar. (https://www.change.org/p/zentrale-ausl%C3%A4nderbeh%C3%B6rde-bamberg-bzw-bayerisches-innenministerium-wie-wollen-die-abschiebung-von-familie-kerimli-nach-aserbaidschan-verhindern)

 Foto © change.org

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar