Almaniya azərbaycanlı ailəni deportasiya edib 

  • Avropa
  • 26 Avq 11:35
  • 282 Oxunma
img
+    -

Almaniyada aralarında azərbaycanlı ailənin də olduğu 25 nəfər deportasiya edilib. Bu barədə Xeber.de – yə Almaniyada yaşayan hüquqşünas, miqrasiya məsələləri üzrə exspert Əlövsət Əliyev məlumat verib. Onun sözlərinə görə, 3 il 8 ay Almaniyada möhlət hüququ ilə- “Duldunq”la yaşayan bir azərbaycanlı ailə Gürcüstana deportasiya olunub. 

“Gürcüstana qayıtmaq üçün onlara Gürcüstan Respublikasına qayıdış şəhadətnaməsi verilib. Qayıdış şəhadətnamələri Gürcüstan səfirliyi tərəfindən verilib. Ailədə 3 uşaq var. Onların ikisi Azərbaycanda, biri Almaniyada anadan olub.  Ata Gürcüstan, ana və Azərbaycanda doğulan uşaqlar Azərbaycan vətəndaşıdır, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi və pasportu ilə təmin olunublar. Almaniyada doğulan uşağın vətəndaşlığının müəyyən olunması üçün valideynlər nə Gürcüstan səfirliyinə, nə də Azərbaycan səfirliyinə müraciət edib. Almaniyanın müvafiq orqanları həmin uşağa şəxsiyyəti təsdiq edən sənəd kimi doğum haqqında şəhadətnamə verib”- deyə Ə.Əliyev bilirib.  


Hüquqşünasın sözlərinə görə, xanım ağır xəstədir, təyyarəyə minməsi həkim arayışlarına görə yolverilməzdir, gündəlik dərmanlar qəbul edir, iki dəfə ağır əməliyyat keçirib: “20 avqust 2020-ci il  tarixində səhər tezdən evə daxil olan polislər ərin və arvadın qollarına qandal vurmaqla Münhen aeroportuna, daha sonra çartet reysi ilə Gürcüstana yola salıblar. Onlarla birlikdə təxminən 20 nəfər deportasiya edilib”.

Ə.Əliyev bildirb ki, azərbaycanlı ailənin deportasiyası zamanı qanun pozuntularına yol verilib. Ailə əvvəlcədən xəbərdar  edilmədən deportasiyaya məruz qalıb: “Ailənin 3 üzvünün Azərbaycan vətəndaşı, bir üzvünün vətəndaşlığı müəyyən edilməyən şəxs, bir üzvünün isə Gürcüstan vətəndaşı olmasına baxmayaraq Gürcüstana deportasiya ediliblər. Ailə ilə qısa danışığımı və təqdim olunan sənədləri nəzərdən keçirərkən aşağıdakı  qayda pozuntusuna yol verildiyini müəyyən etdim:
1. Ailə üzvləri müxtəlif ölkə vətəndaşları olan ailələrdə, ailə üzvlərinin razılığı olmadan həmin ölkələrdən birinə deportasiya olunması yolverilməzdir. Yəni, şəxs belə hallarda  yalnız vətəndaşı olduğu ölkəyə deportasiya edilə bilər.  Ailəyə əvvəldən məlumat verilməyib, deportasiya olunanlardan 4 nəfər həmin anda Gürcüstan vətəndaşı  olmayıb və yəqin ki, indi də deyil.  
2. Ciddi xəstəliyi olan və həyatına real təhlükə olan xəstəyə ağrıkəsicilər verməklə təyyarə ilə yola salınmalı deyildi. Xanım indi də ağır xəstəlikdən əziyyət çəkir və bildirdiklərinə görə Gürcüstan vətəndaşı olmadığı üçün orada da pulsuz müalicə etmirlər. 
3. Ata “Ausbildunq” edirmiş  və bu yaxınlarda onun nəticələri haqqında imtahan verəcəkmiş. Ailədə bir nəfər “Ausbildunq” edirsə və 3 yaşına kimi uşaq varsa, ailə deportasiya oluna bilməz. 
4.  Qayıdış şəhadətnaməsi şəxsə yalnız vətəndaşı olduğu ölkənin diplomatik nümayəndəliyi tərəfindən verilə bilər”.

Hüquqşünas qeyd edib ki, Gürcüstan Respublikasının səfirliyinin Azərbaycan vətandaşlarına Gürcüstan Respublikası vətəndaşının qayıdış şəhadətnaməsini verməsi isə tamamilə qanunsuzdur
 

Foto ©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar