Almaniya büdcəsində 13.5 milyard avro artıq qaldı

img
+    -

Almaniya federal hökumətinin 2019-cu il üçün nəzərdə tutduğu dövlət büdcəsindən 13 milyad 500 min avro artıq qalıb. Xeber.de-nin məlumatına görə, hazırda federal hökumət həmin məbləğin xərclənməsi ilə bağlı müzakirələr aparır. 

Ölkənin maliyyə naziri Olaf Scholz artıq qalan vəsaiti yeni dövlət layihələrinin həyata keçirilməsinə xərclənməsini  təklif edib. 

Keçən ilin büdcəsindən artıq qalan pul bu ilin büdcə rezervlərini 48 milyard avroya çatdırıb. Bu məbləğin 17 milyard 100 milyon avrosunun necə xərclənəcəyi bilinmir. 

Xristian Demokrat Birliyindən (CDU) olan Eckhardt Rehberg vergilərin azaldılması tələbi ilə çıxış edib. O bildirib ki, bu addım ölkənin şərq bölgəsinin inkişafı üçün olduqca vacibdir.

Məlumat üçün bildirək ki, Almaniyada 2019-cu ilin büdcəsindən keçmiş Şərqi və Qərbi Almaniyanın birləşdiyi 1990-cı ildən bəri ilk dəfə bu qədər çox artıq qalıb. Maliyyə Nazirliyinin məlumatlarına görə, 2019-cu ildə ümumi gəliri 357 milyard 100 milyon avro olduğu halda, ümumi xərc 343 milyard 600 milyon avro olaraq qeyd edilib. Əvvəlki hesablamalara görə, gəlirin 356 milyard 400 milyon olacağı gözlənilirdi.

Rekord büdcə profisitinin ən vacib səbəbi hökumətin faiz dərəcələrinin aşağı olması idi. Ayrıca, keçən il 3 milyard 500 milyon avro artıq vergi gəlirləri qeydə alınıb.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar