Almaniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımır

img
+    -

Almaniya Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma prezident və parlament seçkilərini tanımır.

“Report” xəbər verir ki, bu barədə Almaniya Federal Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya ölkələri üzrə müvəkkili Mixael Zibert bildirib.

“Dünən Dağlıq Qarabağda keçirilmiş qondarma prezident və parlament seçkilərinin qanuni bazasını tanımırıq. Həm “seçkilər”, həm də onların nəticələri qanunsuz sayılır”, - M.Zibert deyib.