Almaniya dəmiryolçularının növbəti tətili – VIDEO

  • Avropa
  • 03 Sen 00:05
  • 389 Oxunma
img
+    -

Almaniya Qatar Maşinistləri Birliyi (GDL) maaşlarının artırılması tələbi ilə ölkəboyu növbəti tətillərini keçiriblər. Xeber.de-nin məlumatına görə, ölkənin 16 əyalətində qatar maşinistlərinin səhər saat 06:00-da işi buraxması ilə tətilə başlanıldığı elan edilib. Günorta saat 14:00-a kimi davam edən dəmiryolçuların tətili ölkəboyu nəqliyyat sisteminin işini iflic edib. Nəticədə həm daxili, həm də xarici qatar reyslərində gecikmələr olub, bir çox reys isə, təxirə salınıb. Sərinişlər saatlarla qatar platformalarında gözləmək məcburiyyətində qalıblar. 
Almaniya Dəmiryollarından (DB) bildirilib ki, təxirə salınan qatar reyslərinə olan biletlərin etibarlılıq müddəti bir gün daha uzadılıb. 
Dəmiryolçuların tətili ilə bağlı bəzi əyalətlərdə sərnişin daşımaçılığı ilə məşğul olan şikətlər sıxlığa görə xəttə əlavə avtobuslar çıxarmaq məcburiyyətində qalıblar. 
Almaniya Qatar Maşinistləri Birliyindən isə bildirilib ki, tətilləri 6 sentyabra kimi davam edəcək. 

Oxşar yazılar