Almaniya ixtisaslı işçilər üçün qapılarını açır 

  • Avropa
  • 17 Dek 22:08
  • 749 Oxunma
img
+    -

Almaniya yeni “İmmiqrasiya Qanunu”na əsasən 1 mart 2020-ci il tarixindən etibarən qapılarını ixtisaslı əcnəbi işçilərin üzünə açacaq. Xeber.de-nin məlumatına görə, Almaniyada işsizlik hazırda ən aşağı səviyyədədir. Ölkədəki bir çox sahə ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir. 

Almaniya federal hökuməti işəgötürənlərin bu istəyinə yeni  “İmmiqrasiya Qanu”nu ilə cavab verdi. “Make it Germany” şüarı ilə qüvvəyə minəcək bu qanunun təhsilli mühacirlərin Almaniyaya gəlməsini asanlaşdıracağı gözlənilir.

Almaniyadakı işəgötürənlər artıq xaricdən asan bir şəkildə işçi heyəti dəvət edib, onları çalışdıra biləcəklər. Miqrant işçilər də konkret bir iş təklifi almamış olsalar da, Almaniyaya gələrək 6 ay müddətində iş axtara biləcəklər.

Məlumat üçün bildirək ki, Almaniyanın Nazirlər Kabineti miqrantların inteqrasiyası prosesini tənzimləmək məqsədilə ixtisaslı işçilər üçün keçən ilin dekabr ayında “İmmiqrasiya Qanunu”nu təsdiqləyib. Sözügedən qanun Almaniyada işləmək istəyən ixtisaslı mütəxəssislərin ölkəyə gəlişinə imkan yaradır. Federal hökumət peşəkar mütəxəssislər cəlb etməklə yanaşı, həmçinin, sığınacaq üçün müraciət edən və rədd cavabı alan şəxslərin Almaniyada qalmasına imkan yaradan yeni qaydaları da təsdiqləyib. 

Qanun Avropa İttifaqı ölkələrində olan işçilərə yaradılan maneələri qismən də olsa aradan qaldırmağı nəzərdə tutur. Yeni qanun həmin şəxslərə Almaniyada ixtisaslarına uyğun iş tapmaq imkanları açacaq. Əvvəllər bu, yalnız Almaniyada təhsil almış məzunlar üçün əlçatan idi. 

Sözügedən qanun Almaniyada mütəxəssis çatışmazlığının aradan qaldırılmasına, eyni zamanda müraciəti rədd edilmiş və inteqrasiya olunmuş qaçqınlara daimi yaşamaq hüququ əldə etməyə şərait yaradır. Beləliklə, Almaniyada yaşayan rədd cavabı almış şəxslər də təhlükəsiz yaşamaq imkanı əldə edə biləcəklər. Lakin həmin şəxslər bunun üçün müraciət etdiyi vaxtdan başlayaraq 18 aydan çox müddətdə fasiləsiz şəkildə işlədiyini isbatlamalıdırlar. Onlardan mütəxəssis olmaları da tələb edilmir. Bu şəxslər sadəcə olaraq müraciət etdikləri vaxta qədər istənilən sahədə çalışmalıdırlar.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar