Almaniya qaçqın qəbulunu dayandırdığını elan etdi

  • Avropa
  • 19 Mar 03:25
  • 734 Oxunma
img
+    -

Korona pandemiyası ilə bağlı Almaniya Federativ Respublikası artıq qaçqınları qəbul etməyəcək. Xeber.de-nin məlumatına görə, Almaniya Federal Daxili İşlər Nazirliyi humanitar qəbulun növbəti xəbərdarlığa qədər dayandırıldığını elan edib.

Alman mediasının yazdığına görə, ölkə sərhədlərini bağlayıb, giriş-çıxışa məhdudiyyət tətbiq edən Almaniya koronavirusa qarşı mübarizədə bir addım daha irəliləyib, xaricdən gələn qaçqınların humanitar qəbulunu dayandırıb. Çərşənbə axşamı Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Qaçqınlar Agentliyi (UNHCR) də qaçqınların qəbul proqramlarını rəsmi olaraq dayandırıblar. 

Məlumat üçün bildirək ki, Almaniya 2012-ci ildən bu yana Türkiyə və Livanda olan çox sayda suriyalılar da daxil olmaqla bir çox ölkədən olan qaçqınları miqrasiya proqramları əsasında qəbul edir. Proqramlar böhran bölgələrindən qorunmaq istəyənlərin Almaniyada daimi yaşayış yerlərinin olmasını təmin etmək üçün hazırlanıb. Federal hökumət hər il 5000-ə yaxın qaçqının humanitar əsaslarla Almaniyaya yerləşməsinə kömək edir. 

Məlumat üçün bildirək ki, Almaniya bundan əvvəl koronavirus səbəbindən “Dublin sazişi”nə əsasən deportasiyaları dayandırdığını elan etmişdi. 

Foto © BAMF

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar