Almaniyada 15 yaşlı iraqlı bıçaqlanaraq öldürülüb

  • Avropa
  • 11 Apr 00:37
  • 245 Oxunma
img
+    -

Almaniyada 15 yaşlı iraqlı velosiped sürərkən, yanından keçən şəxs tərəfindən bıçaqlanıb. Xeber.de-nin məlumatına görə, hadisə Almaniyanın Aşağı Saksoniya əyalətinin Celle şəhərində qeydə alınıb. 

Belə ki, axşam saatlarında velosiped sürən 15 yaşlı gənc yanından keçən bir şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

29 yaşlı şübhəli qaçmağa çalışarkən, parkda gəzənlər tərəfindən saxlanılaraq polisə təhvil verilib. 

Hakim qarşısına çıxarılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Hadisə ilə bağlı danışan baş prokuror Lars Janssen saxlanılan şəxsin psixoloji testdən keçirildiyini, hadisədə ilə bağlı hələlik “irqçi” və ya “siyasi” bir motivə rast gəlmədiklərini bildirib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar