Almaniyada 218 azərbaycanlının işi məhkəməyə göndərilib - VİDEO

  • Avropa
  • 07 Dek 00:13
  • 181 Oxunma
img
+    -

Almaniya Federativ Respublikasında icazəsiz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşının işi məhkəməyə göndərilib. Almaniya Federal Kriminal İdarəsindən bildirilib ki, miqrasiya qanununun müvafiq bəndlərini pozaraq ölkədə qanunsuz yaşayan 218 Azərbaycan Respublikası vətəndaşı haqqında toplanmış materiallar yerli idarə məhkəmələrinə göndərilib. Federal İdarədən bildirilib ki, həmin şəxslər Azərbaycanla Avropa İttifaqı arasında bağlanan “Readmisiya sazişi” əsasən ölkələrinə göndəriləcəklər. 
Məlumat üçün bildirək ki, bu ilin noyabr ayında Azərbaycan readmissiya haqqında saziş çərçivəsində 43 Azərbaycan vətəndaşını Almaniyadan geri qəbul edib.

Oxşar yazılar