Almaniyada 6 yaşlı uşağı zorlayıb, çaya atıblar - VİDEO

  • Avropa
  • 09 İyl 04:13
  • 625 Oxunma
img
+    -

Almaniyada son illərin ən dəhşətli cinayəti danışılır. “Xeber.de”-nin Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, cinayət hadisəsi Saksoniya Anhalt əyalətinin Halle şəhərində qeydə alınıb. 25 yaşlı Sebastian adlı şəxs keçən ilin dekabrın 6-da, səhər saatlarında qonşuluqdakı mənzilin pəncərəsindən girərək, 6 yaşlı Emi adlı uşağı zorlayıb. Uşağın öldüyünü görən Sebastian onu yorğana bükərək, yaxınlıqdakı körpüyə gedib və 6 yaşlı Eminin cəsədini çaya atıb. 
Səhər yuxudan oyanan Eminin valideynlərini uşaqlarını otağında görmədikləri üçün dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn polislər qısa zamanda cinayətin üstünü isti izlərlə açıblar. Polisin araşdırması nəticəsində məlum olub ki, cinayəti törətməkdə şübhəli bilinən Sebastian Eminin otağına poçt qutularının üstünə çıxıb, pəncərəni açmaqla keçib. 6 yaşlı qızcığaza yatdığı yerdə təcavüz edən Sebastian onun öldüyünü zənn edərək, yorğana bükdükdən sonra yaxınlıqdakı çaya atıb. 
Məhkəmə tibbi ekspertizanın verdiyi ilkin rəyə görə, Emi çaya atılarkən ölməyibmiş. 
İş yoldaşları tərəfindən olduqca sakit və mədəni bir insan kimi xarakterizə olunan Sebastianın cinayəti ilə bağlı istintaq yekunlaşaraq məhkəməyə təqdim edilib. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar