Almaniyada ailələr necə yaşayır ?

  • Avropa
  • 19 May 00:46
  • 699 Oxunma
img
+    -

Almaniyada bir və ya iki uşaqdan ibarət ailə standart model hesab edilir. Xeber.de -nin məlumatına görə, digər tərəfdən ailə modellərinin növü gündən-günə artır.  Son ailə hesabatına görə, Almaniyada 2015-ci ilə qədər yetkinlik yaşına çatmayan və uşaqları olan təxminən səkkiz milyon ailə var. Valideynlərin böyük əksəriyyəti evlidir (5,5 milyon), lakin nikahdankənar  birlikdə yaşayanlar da (843 000) kifayyət qədərdir. 

Ümumi ailə tipindən əlavə uşaqlarını tək böyüdən analar və ya atalar da var (1,6 milyon). Onların əksəriyyəti qadınlardır (1,5 milyon). Əslində bu vəziyyətdə olan uşaqların yalnız 11 faizi ataları ilə yaşayır. Almaniyada homoseksual ailələrin ("göy qurşağı ailələri") sayı 1996-cı ildən bəri iki dəfədən çox artaraq 3000-dən 7000-ə çatıb. Aralarında böyük yaş fərqi olan cütlüklərin sayı 1995-ci ildən bəri 351 mindən 209 minə qədər azalıb.

Almaniyada ailələrin əksəriyyəti bu gün iqtisadi vəziyyətlərini yaxşı və çox yaxşı kimi qiymətləndirirlər. Ailələrin adambaşına düşən orta gəlir səviyyəsi (ehtiyaclara əsaslanan) 2004 ilə 2014-ci illər arasında təxminən 23 faiz artıb.

Gec ailə həyatı qurmaq 

Almaniyada xüsusilə gənclər uzun müddət üçün evlənmək planlarını təxirə salırlar. Onlar əvvəlcə təhsillərini başa vurub, peşə fəaliyyətlərinə başlamaq istəyirlər. Bu səbəbdən qadınlar orta hesabla 30 yaşında ana, kişilər 35-də ata olurlar. Bu yaşda evlənənlərin adətən bir uşağı olur. Almaniyadakı ailələrin 53% -nin yalnız bir övladı var.

Ailələrə dövlət dəstəyi

Almaniyaya daha çox uşaq lazımdır. Çünki Yaponiyadan sonra Almaniya ən çox yaşlı əhalisi olan ikinci ölkədir.  Almaniyanın birləşməsindən sonra bir qadına 1,5 uşaqlıq doğuş nisbəti ən yüksək səviyyədə olsa da, bu hələ də Avropa Birliyi səviyyəsindən (1,58) aşağıdır.

Bu səbəbdən dövlət uşaqlı ailələrə dəstək olmaq üçün müxtəlif yardımlar təklif edir. Bunlardan ən əhəmiyyətlisi uşaq müavinəti, valideyn müavinəti, vergi güzəştləri, gəlirləri uşağının əsas ehtiyaclarını ödəmək üçün kifayət etməyən hamilə qadınlar və ailələr üçün əlavə müavinətlərdir. Bundan əlavə ibtidai və orta məktəbdə təhsil pulsuzdur.

Yenə də uşaqları tək böyüdən qrup ən çox yoxsulluq riski olan qrupdur. Buna səbəb isə, ayrılan cütlüklərdə aliment problemlərinin olmasıdır. 

Ailəsi və peşəsi arasında qalan valideynlər

Uşaq və ya karyera? 2013-cü ildən bəri bir yaşındakı hər bir uşağın uşaq bağçasına getmək hüququ var. Əyalətlər gənc və məktəb yaşlı uşaqlar üçün bu sahəyə güclü sərmayə qoyurlar.

2007-ci ildən bəri valideynlər ödənişli məzuniyyətə gedə bilərlər. Cəmi 14 ay müddətində dövlət xalis maaşlarının 65 faizini valideynlərə müavinət olaraq ödəyir.

Evin yükü

Ata pul qazanır, ana isə evdə uşaqlarla oturur - bu iş bölgü keçmişdə olsa da, yenə də tez-tez rast gəlinir. Anaların 70 faizi işləsə də, 40 faizi qismən işləyir. Müşahidə olunan dəyişiklik: yeni nəsil atalar övladları ilə daha çox vaxt keçirmək istəyirlər. Bu gün hər üç atadan biri iki və ya üç aylıq atalıq məzuniyyəti alır.

Nuh və Hanna - Almaniyada 2019-cu ildə uşaqlara ən çox verilən adlardır. Almaniyada üç yaşından etibarən uşaqların 93 faizi uşaq bağçalarında və oxşar müəssisələrdə təhsil alırlar. 

* Məqalədə "Deutschland.de”-nin məlumatlarından istifadə edilib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar