Almaniyada “Ausbildung”a maraq niyə azalıb? - VİDEO

  • Avropa
  • 06 Noy 09:33
  • 118 Oxunma
img
+    -

Pandemiyada dövründə Almaniyada təhsilin ixtisasartırma və peşəvərdişlərinə yiyələnmə növü olan „Ausbildung“a maraq azalıb. “Xeber.de” Almaniyanın gündəlik nəşr olunan “General Anzeiger” qəzetinə istinadən məlumat verir ki, bu ilin əvvəlindən sentyabr 30-a kimi “Ausbildung” üçün cəmi 4752 nəfər ərizə ilə Bonn şəhər Məşğulluq İdarəsinə müraciət edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6.5% azdır. 
Şirkətlərin “Ausbildung” üçün təklif etdiyi yerlərdə də azalma müşhidə edilib. Belə ki, bu ilin əvvəlindən sentyabrın 30-a kimi şirkətlər cəmi 4607 yer təklif ediblər. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15.8 % azalma deməkdir. 
Məşğulluq idarəsindən bildirilib ki, son 9 ayda yalnız İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və səhiyyə sahəsi üzrə olan müraciətlərdə artış qeydə alınıb. 
Bonn / Rhein-Sieg Məşğulluq İdarəsinin rəhbəri Stefan Krause müraciət edənlərin sayının azalmasını məktəblərdə və karyera yönümlü yarmarkalarda pandemiya ilə əlaqədar məsləhət görüşlərinin uğursuzluğu ilə əlaqələndirib. S.Krause bildirib ki, „Ausbildung“ müraciətlərinin bir digər azalma səbəbi  gənclərin orta məktəb təhsillərini başa vuruqdan sonra ali təhsil almaq istəmələridir. 
Məqalədə qeyd olunub ki, pandemiya dövründə “Ausbildung” bazarı dərin yuxuya gedib. Bu da öz növbəsində otel, restoran, ticarət, eləcə də turizm, mədəniyyət  və s. sahələrə təsirsiz ötüşməyib. 
Daha bir maraqlı fakt isə, Almaniyaya “Ausbildung” üçün gələn əcnəbilərin bir müddət sonra təhsillərini davam etdirmək istəməmələridir. 
Buna baxmayaraq qaçqın statusu almaq istəyən əcnəbilər arasında deportasiyadan qorunmaq üçün “Ausbildung”a başlayanların sayında artış qeydə alınıb.

 “Ausbildug” edənin deportasiya təhlükəsi varmı? 


Almaniyada yaşayan azərbaycanlı hüquqşünas Əlövsət Əliyevin fikrincə, qanunla “Ausbildug”la bağlı şəxs vətəndaşı olduğu ölkədə olan zaman müqavilə bağlayıb, razılıq alaraq Almaniyaya gəlməlidir:
“Təbii ki, istisnalar var. O istisnalardan bir də qaçqn statusu üçün müraciət edən şəxslərlə bağlıdır. Həmin şəxslər “Ausbildung”a icazə alıblarsa, mütləq əcnəbilərlə iş üzrə idarə mütləq həmin müqaviləni təsdiq etməlidir, şəxsi Almaniyada yaşamasına icazə verməlidir”.

Məlumat üçün qeyd edək ki, Almaniyada hər il 600 min nəfər “Ausbildung”vasitəsi ilə seçdiyi 340 ixtisas üzrə işləməklə yanaşı təhsillərini  də davam etdirirlər.

Oxşar yazılar