Almaniyada azərbaycanlıların Novruz şənliyi təxirə salındı 

  • Avropa
  • 14 Mar 02:38
  • 341 Oxunma
img
+    -

Martın 22-də Almaniyanın Köln şəhərində keçirilməsi planlaşdırılan Novruz bayramı şənliyi təxirə salınıb. Almaniyada fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətindən Xeber.de-yə daxil olan məlumatda deyilir ki, bayram şənliyinin təxirə salınmasına səbəb koronavirusdur. 

Hazırda Almaniyada 1000 nəfərdən çox iştiraçısı olan tədbirlərin keçirilməsi qadağan olunub. Daha az iştirakçı ilə keçirilən tədbirlər də böyük risk olduğundan, sözügdən diaspor təşkilatı Novruz şənliyini ləğv etməyə qərar verib. 

Təşkilatdan bildirilib ki, koronavirusla bağlı narahatlıq bitdikdən sonra Almaniyada yaşayan həmvətənlərimiz üçün böyük bir konsert proqramı təşkil olunacaq. 

Xatırladaq ki, koronavirusdan 4 nəfərin öldüyü Almaniyada mindən çox iştirakçısı olan kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar