Almaniyada azərbaycanlını öldürən şəxs saxlanılıb – VİDEO

  • Avropa
  • 05 İyl 17:08
  • 1414 Oxunma
img
+    -

Almaniyada 35 yaşlı Azərbaycan vətəndaşı yaşadığı qaçqın yataqxanasında qətlə yetirilib. “Xeber.de”-nin məlumatına görə, hadisə Qreven şəhərində qeydə alınıb. Cinayətdə şübhəli bilinən 25 yaşlı Əfqanıstan vətəndaşı həmyerlimiz Elmir Fərzəliyevi bıçaqlayaraq qətlə yetirib. O qaçarkən onu durdurmağa çalışan 43 yaşlı bir başqa şəxsi də ağır yaralayıb. 
Qaçan şəxs müqavimət göstərmədən saxlanılıb. Onun axtarışında bir helikopterdən istifadə edilib.


Qreven prokurorluğundan verilən məlumata görə, cinayətdə şübhəli bilinən şəxs 2015-ci ildə Almaniyaya gəlib və 2018-ci ilin yanvarından indiyə kimi qaçqın yataqxanasında yaşayıb. “Onun cinayət zamanı alkoqol və narkotik maddənin təsirində olması mümkündür. Bu fakt araşdırılır. Qətlə yetirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Ağır yaralanan 43 yaşlı şəxs isə, Almaniya vətəndaşıdır”-deyə, prokurorluqdan verilən məlumatda qeyd olunub. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar