Almaniyada azərbaycanlının "başına pul qoyuldu" - VİDEO

  • Avropa
  • 03 İyl 04:39
  • 336 Oxunma
img
+    -

İyunun 18-də 39 yaşlı Andrej F.Rintelneri qətlə yetirdiyi deyilən 36 yaşlı azərbaycanlı Elçin Ağayevin axtarışları  hələ də davam edir. Şimali Reyn-Vestfaliya və Aşağı Saksoniya əyalətlərində E.Ağyevin axtarışına cəlb olunan polis patrullarının sayı artırılıb. Gündüz saatlarında axtarışa helikopter də cəlb edilir. Detmold dövlət prokurorluğu şübhəlinin tutulmasını asanlaşdıracaq məlumata sahib olanlara 5 min avro pul mükafatı verəcəyini açıqlayıb. E.Ağayevin şəkili olan afişalar Kalletal və Rinteln ərazilərində demək olar ki, hər yerə yapışdırılıb.
Elçin Ağayevin şəxsi təsviri isə belədir. O, təxminən 170-175 sm boyunda, 65 kq ağırlığında, qara saçlıdır.  Onun sağ qol və çiyin nahiyəsində əqrəb, sol qolun iç tərəfində isə qılınc tatosu var.

Xeber.de


 

Oxşar yazılar