Almaniyada azərbaycanlının tək başına etiraz aksiyası – VİDEO

  • Avropa
  • 11 İyl 23:31
  • 717 Oxunma
img
+    -

Samir Aşurov iki ildən çoxdur Almaniyaya gələrək qaçqın statusu üçün müraciət edib. Xeber.de-nin məlumatına görə, Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən rədd cavabı alan Azərbaycan vətəndaşı sözügedən idarənin onun işinə düzgün baxmadığını iddia edir. Elə bu səbəbdən də, o, artıq 14 gündür ki, BAMF-ın Nürnberq şəhərindəki mərkəzi qərargahı qarşısında tək başına etiraz aksiyası keçirir. 
S.Aşurov deyir ki,  bu aksiyanı təkcə özünə görə etmir. O, bu yolla son aylar Almaniyadan Azərbaycana artan kütləvi deportasiyalara etiraz edir. S.Aşurov düşünür ki, bu deportasiyalar zamanı qanunsuzluğa yol verilib. Onda Almaniyaya qaçqın statusu üçün müraciət edən şəxslərin işinin doğru araşdırılmadığına dair şübhələr var.  
Artıq ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş aldığını deyən S.Aşurov haqqını məhkəmələrdə axtarır. Ümidi var, ancaq son aylar polis və miqrasiya işçilərinin evlərə gecəyarı basqın edib, qaçqınları birbaşa hava limanına apararaq ölkələrinə deportasiya etmələri onu narahat edir. 
 Məlumat üçün bildirək ki, bu ilin yanvar ayından indiyə kimi Almaniyanın Düsseldorf, Münhen və Frankfurt şəhərlərindən Azərbaycan vətəndaşlarının altı kütləvi deportasiyası həyata keçirilib. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar