Almaniyada bir evdə 5 uşaq cəsədi tapıldı 

  • Avropa
  • 04 Sen 14:52
  • 138 Oxunma
img
+    -

Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində yerləşən Solingen şəhərindəki bir evdə 1, 2, 3, 6 və 8 yaşında 5 uşağın cəsədi tapılıb. Xeber.de Almaniyada gündəlik nəşr edilən “Bild” qəzetinə istinadən xəbər verir ki, Mönxenqladbax şəhərində yaşayan uşaqların nənəsi polisə zəng edərək 27 yaşlı qızının beş uşağını öldürdüyü barədə məlumat verib. “Hasselstrasse” küçəsində yerləşən evə gələn polis əməkdaşları 5 uşağın cansız bədənləri ilə qarşılaşıblar. 
Xəbərdə qeyd edilir ki, ana digər bir uşağını da götürərək özünü və uşağını Düsseldorf şəhər vağzalında qatarın altına atıb. Ana ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. 11 yaşlı oğlu isə, xoşbəxtlikdən xəsarət almayıb.

Polisdən verilən məlumata görə, uşaqların öldürülməsində 27 yaşlı ana şübhəli bilinir. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar