Almaniyada bomba həyəcanı: 14 min nəfər təxliyə edildi

  • Avropa
  • 13 Yan 12:38
  • 144 Oxunma
img
+    -

Almaniyanın Dortmund şəhərində xəstəxana yaxınlığında II Dünya Müharibəsindən qalmış 2 bomba aşkarlanıb.

Xeber.de-nin məlumatına görə, mərmilərin zərərsizləşdirilməsi üçün 14 min nəfər xəstəxanadan təxliyə edilərək, müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.

ABŞ və İngiltərə istehsalı olan bombaların çəkisinin 250 kiloqram olduğu açıqlanıb.

Hadisə ilə əlaqədar şəhərin dəmir yolu stansiyasının fəaliyyəti müvəqqəti bağlanıb. Saatlarla davam edən əməliyyatdan sonra hər iki bomba zərərsizləşdirilib.

Mütəxəssislər II Dünya Müharibəsi illərində müttəfiqlər tərəfindən atılan minlərlə bombanın hələ də Almaniya ərazisində qaldığını düşünürlər.

Foto © xeber.de

 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar