Almaniyada bomba həyəcanı: Xəstələr təxliyə edildi - Fotolar

  • Avropa
  • 03 Apr 01:18
  • 257 Oxunma
img
+    -

Almaniyanın Bonn Universiteti Xəstəxanasının ərazisində tikinti işləri aparılan zaman İkinci Dünya Müharibəsindən qalma 250 kiloqram ağırlığında partlamamış bomba tapılıb. Xeber.de-nin məlumatına görə, koronaviruslu xəstələrin də müalicə aldığı xəstəxananın təcili boşaldılaması ilə bağlı qərar verilib. 

Xəstəxanadan verilən açıqlamaya görə, 69-u reanimasiya şöbəsindən olmaqla, ümumilikdə 213 xəstə evakuasiya edilib. Evakuasiya olunanlar arasında koronavirus xəstələri də olub. 

Bombanın tapıldığı yerin 500 metr radiusunda yaşayan sakinlərə də evlərini tərk etmələri ilə bağlı göstəriş verilib. 

Almaniya Ordusuna aid bomba zərərsizləşdirən qrupun əraziyə gəlməsindən sonra, 250 kiloqram ağırlığında olan bomba xüsusi avtomobilə yüklənərək ərzidən uzaqlaşdırılıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar