Almaniyada "Corona Warn" App necə işləyir?

  • Avropa
  • 21 İyn 14:14
  • 222 Oxunma
img
+    -

Almaniyada bir həftədir "Corona Warn App" istifadəyə buraxılıb. Yükləyənlərin sayı 10 milyona yaxınlaşır. Artıq hər 8 nəfərdən birində bu App var. Əhalinin 70 faizində olduğu zaman App məhsuldar işləyəcək - ekspertlər deyir.
App necə işləyir? App-ın yükləndiyi telefonun sahibinin kim olması ümumiyyətlə, müzakirə mövzusu deyil. Telefon özü “şəxs” kimi çıxış edir. Yəni şəxsi məlumatlar və s. barədə narahatlığa əsas verilmir.
App bluetooth vasitəsilə işləyir və internet vasitəsilə update olunur. Ondakı məlumatlar 14 günlükdür - yəni virusun aşkar olunması dövrü. Sonra məlumatlar sıfırlanır və yenidən 14 günlük işləmə mərhələsinə qədən qoyur.
App-in iş prinsipi: Tutaq ki, şərti olaraq “A” işə gedir və yolda “B”nin yanından keçir. Bu zaman onların telefonları bluetooth vasitəsilə avtomatik qarşılıqlı olaraq kodlaşırlar. Hər iki telefon yalnız vaxtı yadında saxlayır. 5 gündən sonra “B”-də virus aşkar olunur və o, xəstəxanaya götürülür (və ya evdə karantinə salınır). Bu zaman “B” App-ə yoluxma məlumatını daxil edir (App-in şərtlərindəndir). Bundan sonra isə yoluxma məlumatı internet vasitəsilə onun 14 gün ərzində təmasda olduğu (yol getdiyi, yemək yediyi, yanından keçdiyi və s.) bütün adamların telefonlarına ötürülür. O cümlədən “A”-ya. “A”-ya təxminən belə xəbərdarlıq məlumatı daxil olacaq: “Sizin təmasda olduğunuz naməlum şəxsin bu gün koronavirusa yoluxduğu aşkarlanıb. O sizinlə 5 gün əvvəl kontaktda (yaxın məsafədə) olub. Xahiş edirik, bu barədə müvafiq struktura (xəstəxanaya və s) məlumat verin. Bundan sonrakı 9 gün ərzində karantin rejimində olmalısınız. Çünki yoluxma orta hesabla 14 günə aşkarlanır. Ola bilər sizdə də yoluxma olsun” (qeyd: xəbərdarlıq mətni özümə məxsusdur, vəziyyəti izah etmək məqsədilə yazmışam).
“A” müvafiq strukturu məlumatlandırır və onu test edirlər. Əgər onda da koronavirus aşkarlansa, məlumatı App-a daxil edəcək və onun kontaktda olduğu adamlara yuxarıda göstərdiyim formada məlumat gedəcək.
İndi məndə telefonda həmin App-də göstərir ki, “Aşağı risk zonası”.. Yəni bir həftədə təmasda olduğum adamlarda hələlik yoluxma yoxdur. Amma aydındır ki, App-ın yaxşı işləməsi üçün əhalinin əksəriyyəti onu istifadə etməlidir.

Cəsur Məmmədov Sümərinli

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar