Almaniyada əhalinin sayında rekord artış - STATİSTİKA

  • Avropa
  • 18 Yan 02:06
  • 731 Oxunma
img
+    -

2019-cu ildə Almaniya əhalisinin sayı öncəki illə müqayisədə 200 min nəfər artaraq 83,2 milyona yüksəlib. Xeber.de-nin məlumatına görə, Almaniya Federal Statistika Ofisinin (Destatis) açıqladığı hesabata görə, Almaniya əhalisi sürətlə yaşlanır. Ancaq buna baxmaraq ölkəyə gələn miqrantların hesabına əhalinin sayı əvvəlki illə müqayisədə 200 min artaraq 83,2 milyona çatıb. Eyni zamanda, ökədə 1972-ci ildən bu yana doğumlardan artıq ölüm qeydə alınıb. Federal ofis tərəfindən keçən il Almaniyada 790 min doğum, 940 min  ölüm faktı qeydə alınıb. 

Keçən il ölkəyə köç edən əcnəbilərin sayı 350 min olaraq qeydə alınıb. Bu əvvəlki illə müqayisədə 50 min azdır. Hesabatda qeyd edilir ki, son 4 ildir miqrantların sayı azalır.

Ölkə əhalinin sürətlə yaşlanmasının bu ildən etibarən ölkə iqtisadiyyatına böyük təsir edəcəyi də istisna edilmir. Hesablamalara görə, 2035-ci ilə qədər işləyən insanların sayında təxminən 6 milyonluq azalma olacaq.  

Foto © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar