Almaniyada “Erməni terroru və işğalına yox” yürüşü - VİDEO

  • Avropa
  • 03 Okt 20:43
  • 424 Oxunma
img
+    -

Almaniyada yaşayan azərbaycanlılar Ordumuzun uğurla davam etdirdiyi anti-terror əməliyyatına dəstək olmaq məqsədi ilə “Erməni terroru və işğalına yox” adlı yürüş keçiriblər. Xeber.de -nin məlumatına görə, həmvətənlərimizin yürüşü Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutub. Yürüşdə Almaniyanın digər əyalətlərində yaşayan həmvətənlərimiz də iştirak ediblər. Düsseldorf şəhər dəmir yolu vağzalı qarşısından start götürən yürüş toplanış məntəqəsinə qədər mərkəzi küçələrlə davam edib. 
Yürüş iştirakçıları əllərində Azərbaycan, Türkiyə bayraqları, erməni terroru və işğalına diqqəti çəkmək üçün ingilis və alman dilində şüarlar yazılan plakatlarla “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər. 
Yürüş toplanış məntəqəsində çıxışlarla davam edib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar